Daha bir azərbaycanlı qız “erməni soyqırımı” çarxına çəkildi – Video

Rusiyanın tanınmış yumoristi, Voronej şəhərini təmsil edən “25-lər” KVN komandasının keçmiş iştirakçısı və hazırda TNT kanalında yayımlanan “Stand Up” şousunun iştirakçısı Yuliya Əhmədova “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş videoçarxda çəkilib. Modern.az xəbər verir ki, daha çox əyləncə məzmunlu verilişlərə üstünlük verən federal telekanal 24 aprel günü “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı “Comedy Club” verilişinin yayımın təxirə salın və onun yetinə kanalın simalarının (o cümlədən Yuliya Əhmədova) iştirakı ilə matəm videoçarxı yayımlayıb.

Yuliya Oqtay qızı Əhmədova 1982-ci ildə Rusiyanın Voronej şəhərində azərbaycanlı-rus ailəsində doğulub.

O 2013-cü il dekabrın 20-də “EXO” qəzetinə verdiyi müsahibə zamanı azərbaycanlı mənşəyi ilə fəxr etdyini demişdi. “Təəssüf ki. mən atamın doğluduğu şəhəri (Bakı) ziyarət edə bilməmişəm. Lakin mənim damarlarımda azərbaycanlı qanı axır və əlbəttə ki, mən Bakını ziyarət etməyi arzulayıram. Bilirəm ki, ora gözəl və möhtəşəm şəhərdir. Ümid edirəm yaxınlarda arzum çin olar”.

Yuliya Əhmədova videoçarxın 2:35-2:45-ci saniyəsində görüntülənib.

Qeyd edək ki, bundan öncə də azərbaycanlı aktrisa Səbinə Əhmədova “erməni genosidi”nə həsr edilmiş “Yaşaya bilmədiyimiz həyat” adlı qısametrajlı filmə çəkilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar