İstirahət günü hava necə olacaq? - Proqnoz

spring-blossom-sunshine havaSabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 23 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 26-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Çənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 26-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar