Nərgiz Yaqublu torpağa tapşırıldı - FOTOLAR

Aprelin 23-də Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik üzündən vaxtsız vəfat etmiş jurnalist, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bu gün Qaraçuxur qəbristanlığında torpağa tapşırılıb. Mərhumun ruhuna dua oxunub. "Yeni Müsavat" ın reportyoru xəbər verir ki, Nərgiz Yaqublunu son mənzilə yüzlərlə insan müşayiət edib. Dəfn mərasimində iştirak edənlərin arasında milli-azadlıq hərəkatının liderləri, sabiq deputatlar, tanınmış ziyalılar da olub.

Qeyd edək ki, Nərgiz Yaqublu ölkənin gənclər hərəkatının önəmli simalarından, liderlərindən biriydi. O, ailə həyatı qurana qədər "Yeni Müsavat" qəzetinin müxbiri olmuşdu.

N.Yaqublunun vaxtsız vəfatı ölkədə və ondan kənarda yaşayan on minlərlə insanı kədərə qərq edib. Artıq üçüncü gündür ki, minlərlə insan mediada və sosial şəbəkədə gənc siyasi fəalın vaxtsız vəfatıyla bağlı üzüntüsü ifadə edir.

* * *

İki gün öncə Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik üzündən vaxtsız vəfat etmiş əməkdaşımız, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun bu gün dəfn mərasimi keçirilir. "Yeni Müsavat" ın reportyoru xəbər verir ki, Nərgiz Yaqublunu son mənzilə müşayiət edən izdiham Tofiq Yaqublunun Qaraçuxur qəsəbəsindəki evindən qəbristanlığa yola düşüb.

Dəfn mərasimində yüzlərlə insan iştirak edir. Onların arasında milli-azadlıq hərəkatının liderləri, iştirakçıları, tanınmış simalar da var.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar