İstanbulda havaya qalxan sərnişin təyyarəsi alovlandı – FOTO

Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsi bu gün İstanbulun Atatürk hava limanından havaya qalxdıqdan sonra təcili geri dönüb. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, İstanbul-Milan reysi ilə uçan “Airbus 320” tipli təyyarənin havaya qalxdıqdan bir az sonra mühərriki alovlanıb. Pilot təcili geri dönməyə qərar verib. Enərkən təyyarənin qanadlarından biri yerə sürtülüb. Yanğınsöndürənlər dərhal təyyarəyə yaxınlaşaraq yanğının qarşısını alıblar. Sərnişinlər panika halında təyyarəni tərk ediblər. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar