ABŞ-ın ikinci ən böyük şəhərinin aeroportunda terror həyəcanı

ABŞ-ın Los-Anceles şəhərinin beynəlxalq aeroportunda cümə günündən etibarən İŞİD terror qruplaşması üzvlərinin mümkün təhdidləri ilə bağlı gücləndirilmiş tədbirlər görülür. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, tədbirlər istirahət günləri də davam edəcək.

Məlumatlara görə, polis və mühafizə xidmətinin bütüm əməkdaşları səfərbər ediliblər, hava limanının ən mühüm zonalarında xüsusi rejim tətbiq olunub.

Hökumət mümkün terror hücumunun detalları barədə hələ ki, açıqlama vermir. Aeroport əməkdaşları nəzarət sisteminin işi ilə bağlı protokolda dəyişiklik edildiyindən danışırlar.

Los-Anceles hava limanı sərnişin axınının həcminə görə, Birləşmiş Ştatların ikinci aeroportu sayılır. 2013-cü ildə bu rəqəm 32,4 milyon nəfər olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar