Bakıda ödəmə terminallarını qarət edən şəxslər tutuldu

Bakıda oğurluqla məşğul olan qrup zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel ayı ərzində Susanna Şərifovaya məxsus mağazadan içərisində pul olan “E-manat” ödəmə terminalını, Lökbatan qəsəbəsinin ərazisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul, Füzuli Sadıqova məxsus mağazadan tütün məmulatı və sərinləşdirici içki, habelə oradakı 2 ədəd “E-manat” ödəmə terminalından pul, Araz Məmmədova məxsus mağazadan pul, tütün məmulatı oğurlamış Qızıldaş qəsəbə sakinləri İlkin Mustafayev, Qurban Şəbiyev və Aqil Qasımov tutulublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar