“Qərb Ukraynanı silahlandırmaq məsələsində gecikir...” - Saakaşvili

Gürcüstanın sabiq prezidenti, Ukrayna prezidentinin müşaviri Mixail Saakaşvili Qərbin Ukraynaya silah verilməsi məsələsində ləngliyindən narazılığını bildirib. Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi xəbərə görə, o, Rusiyanın ölkənin şərqində yeni hücumlara hazırlaşdığını söyləyib.

Bu fonda Qərb ölkələri arasında Kiyevə köməklə bağlı müəyyən konsensus var, ancaq siyasətçi hesab edir ki, qərarlar ləng qəbul edilir. “Qərb tələsmir, bizim isə vaxtımız azdır” – deyib Saakaşvili.

Onun sözlərinə görə, Ukraynaya silah verilməsi pul problemi deyil (onun böyük hissəsini ABŞ qapadacaq), qərarların sürətli qəbulu məsələsidir.

Qeyd edək ki, ABŞ-ın Rusiyadakı səfiri Con Tefft Amerikanın Ukraynaya “Javelin” raket əleyhinə komplekslər verəcəyi barədə informasiyanı təkzib eləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar