ABŞ Dövlət Departamenti: “Obama düz edib “soyqırım” deməyib...”

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Xarf ənənəvi gündəlik brifinqində erməni jurnalistin “erməni “soyqırımını” tanımaqdan imtina Amerikanın maraqlarına uyğundurmu” sualına cavabında bir daha dünya ermənilərini məyus edib. Musavat.com-un xarici KİB-ə istinadən verdiyi xəbərə görə, xanım Xarf deyib: “Məncə, prezident öz bəyanatında o zamanın hadisələrini dəqiq xarakterizə edib. Mən bu barədə bu həftə hər gün münasibət bildirmişəm. Siz mənim mətbuat konfransındakı stenoqramlarıma təzədən baxa bilərsiniz. Bu gün yeni heç nə söyləyə bilmərəm. Biz hesab edirik ki, doğru yol seçmişik. Prezident çox ciddi bəyanatla çıxış edib. Biz bəyan eləmişik ki, seçdiyimiz xətt doğrudur” – deyib Departament rəsmisi.

Erməni jurnalistin “bu “genosid” sözündən ABŞ Türkiyə ilə münasibətləri korlamamaq xatirinəmi yayınır” dəqiqləşdirici sualına isə Mari Xarf cavab verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar