Azərbaycanda axtarışda olan 12 nəfər həbs edilib
Baxiş sayı:
Dərc olunub:
25/04/2015 - 18:33
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınmış, onların da 31-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.