ARDNF-in əmlakını icarəyə verdiyi iri bank vətənini tərk edəcək

İngiltərənin ən böyük banklarından biri olan HSBC, baş ofisini ölkə xaricində bir yerə köçürməyi planlaşdırır.

Bankın İngiltərədəki vergilər və Londonda fəaliyyət göstərməyin yaratdığı yüksək xərclər səbəbindən belə bir qərar çıxardıldığı bildirilir.

Bank səhmdarları, HSBC-nin baş ofisini Asiyaya, xüsusilə də Honq Konqa köçməyə çağırırlar.

Bankdan verilən açıqlamada, "Problem mürəkkəbdir və nəticənin həm nə vaxt ortaya çıxacağını, həm də nə olacağını indidən söyləmək çətindir, amma iş başladı" deyilir.

HSBC gəlirlərinin böyük hissəsini İngiltərə xaricindəki fəaliyyətlərindən əldə edir. Asiya hesablarından əldə etdiyi mənfəət bankın Bankın mənfəətinin 80%-ini təşkil edir.

Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiyasını həyata keçirmişdir. Fond Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksini almışdır. Ümumi sahəsi 11 018 kv. metr təşkil edən bu bina 2023-cü ilə qədər illik icarə haqqı 9,65 milyon funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5% olmaqla HSBC bankına icarəyə verilmişdir. Qeyd edilən bank hal-hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar