Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbə yoxa çıxıb - Video

Bu gənclər Kürd partiyasını dəstəkləyən Kommunistlərin dəstəyi ilə seçiliblər

Türkiyənin paytaxtı Ankarada təhsil alan 3 azərbaycanlı tələbə yoxa çıxıb. ANS TV-nin məlumatına görə, artıq 15 günə yaxındır ki, Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı gəncdən xəbər yoxdu. Yerli hüquq-mühafizə orqanları, tələbələrin valideynləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları itən tələbələrin axtarışı ilə məşğuldurlar. Türkiyədə təhsil alan tələbələrdən aldığımız məlumata görə həmin gənclər Solçu qanad sayılan, Kürd partiyasını dəstəkləyən Kommunistlərin dəstəyi ilə seçiliblər. ANS-in əldə etdiyi məlumata görə, həmin gənclərdən biri Sənan Güləhmədov ötən il Bakıda “1 May zəhmətkeşlərinə dəstək” şüarı altında keçirilən aksiyada həbs olunubmuş.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova ANS-ə bildirdi ki, səfirliyə yalnız bir nəfər Yıldırım Bəyazid Universitetinin tələbəsi Sənan Güləhmədovun itməsi barədə valideynləri tərəfindən müraciət daxil olub. Qalan iki nəfər barədə rəsmi məlumat yoxdu.

Nəcibə Nəsibova onu da əlavə etdi ki, onunla universitetdə olan tələbələr deyir ki, oturub-durduğu şəxslər komunistlərə bağlı idi. Amma düşünülmür ki, partiya onun itməsinə səbəb olsun. Ciddi şəkildə axtarışlar gedir.

+90312 491 16 8182 83 79 - Faiq Bağırov

009055 35877582 - Etimad

009050 62004180 - Elnur səfirlik

009053 26126710 - Nəcibə səfirlik təhsil üzrə müşavir

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar