Metroda daha bir problem: qatarlardakı sərnişinlər boşaldıldı

metro-adamlar1Bakı Metropolitenin 20 Yanvar stansiyasında qatarların hər iki istiqamət üzrə hərəkəti dayandırılıb. APA-nın məlumatına görə, qatarlardakı sərnişinlər boşaldılıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib.

N. Paşayevin sözlərinə görə, Həzi Aslanov stansiyasından Dərnəgül istiqamətində hərəkət edən 32 saylı qatarda nasazlıq yaranıb: “Köməkçi qatar vasitəsilə nasaz qatar xətdən çıxarılıb. Buna görə də arxadakı qatarlar gözləmək məcburiyyətində qalıb. Xətlərdə artıq hərəkət bərpa olunub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar