"Bu xəbər bizi son dərəcə sarsıtdı" - İlham Əliyev

Ilham_Aliyev_160113Azərbaycan prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadava başsağlığı verib. APA-nın xəbərinə görə, başsağlığı məktubunda bildirilib: “Nepalda baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar