Ərdoğan Avropanı bu sözlərlə vurdu

Erməni iddialarına dəstək verən ölkələri əvvəlcə öz tarixlərindəki ləkələri bir-bir təmizləməyə dəvət edirəm.ANS PRESS-in məlumatına gorə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Preizdent bildirib ki, bu məsələdə ən son söz söyləyəcək ölkələri Almaniya, Rusiya və Fransadır. Almaniyanın ötən yüz ildə səbəb olduğu iki ayrı dünya müharibəsi göz önündədir.

Ərdoğan bi daha bəyan edib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı arxivləri açmağa hazırdır.

"Hazırda bizim arxivlərimizdə 1 milyon sənəd, məlumat var. Lazım gələrsə, hərbi arxivlərimizi də açmağa hazırıq. Ermənistanda, üçüncü ölkələrdə arxiv varsa, onlar da açsın. Bir daha erməni toplumuna və onları dəstəkləyənlərə səslənirəm. Əgər tarixdəki hadisələrin hesabı bu gün veriləcəksə, bu məsələdə heç şübhəniz olmasın ki, ən rahat ölkə Türkiyədir.Ey Avropa bizə ağıl vermə, bunu özünə saxla. Niyə? Bizə deyirsiniz ki, arxivlərinizi açın. Biz isə 15 ildir ki, arxivləri açmağa hazır olduğumuzu deyirik. Bunların qulaqları var, amma eşitmir, gözləri var, görmür, dilləri var, həqiqəti demir", - deyə Ərdoğan bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar