“Rusiya böyük müharibəyə hazırlaşır...” - NATO baş katibi

Rusiya Ukrayna ilə sərhədə böyük sayda hərbi texnika cəmləşdirib və bu, separatçılara qısa zamanda iri miqyaslı hücum əməliyyat həyata keçirməyə imkan verəcək. Musavat.com “Amerikanın səsi”nə (rus.) istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, Moskva əraziyə böyük miqdarda hərbi texnika atıb ki, bu da ciddi narahatlıq yaradır.

“Ukrayna ilə sərhəddə hərbi texnika vahidlərinin xeyli artdığı qeydə alınıb. Eyni mənzərə Ukraynanın şərqində müşahidə edilməkdədir”, - deyə alyansın baş katibi bildirib. “Rusiya son aylar ərzində separatçıların hərbi imkanlarını xeyli artırıb. Separatçılara 1000-dən artıq ağır hərbi texnika, o sırada yeni HHM sistemləri, tank və artilleriya qurğuları verib” - əlavə edib o.

NATO rəhbərinin sözlərinə görə, Rusiya həmçinin, separatçılara hərbi hazırlıq keçib, Ukraynanın Şərqində pilotsuz təyyarələrdən istifadə edir ki, bütün bunlar da Minsk anlaşmasına daban-dabana ziddir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar