Türk əsgərləri erməniləri "vurdu"

Özlərini haker dünyasında Türk əsgərləri olaraq adlandıran "Turkhackteam" Ermənistan Baş Qərargahı başda olmaqla bir çox internet saytlarını darmadğın ediblər.Türk hakerlər 1915-ci il hadisələri ilə əlaqədar ermənilərin "soyqırım" iddiası ilə təşkil etdiyi anım mərasimlərinə görə Ermənistan saytlarına hücumlar ediblər.

"Turkhackteam" tərəfindən verilən açıqlamada bildirilir ki, Ermənistan Baş Qərargahı, Enerji Nazirliyi, Mərkəzi Bankın saytları başda olmaqla 6 rəsmi internet saytına kiber hücum həyata keçirilib. Hakerlər bildirirlər ki, qondarma erməni soyqırımı iddiaları davam etdiyi müddətdə kiber hücumlar davam edəcək.

"Bundan başqa bu "soyqırımı" dəstəkləyən Almaniya və Avstriya kimi ölkələrin də rəsmi dövlət saytları dağıdılacaq", - deyə "Turkhackteam" açıqlamasında bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar