Rusiyadan Krıma nüvə başlıqları daşınır

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumatına görə, Rusiyanın Rostov (Don) şəhərindən üstündə “Nüvə təhlükəsi” adı altında yük olan vaqonlar keçib. Musavat.com-un məlumatına görə, bu barədə “112 Ukraina” telekanalı xəbər yayıb.

“Operativ məlumatlara əsasən, aprelin 23-də Ukraynanın Rostovdakı baş konsulluğuna həyəcanlı zəng daxil olub. Zəng edənin, bəlli səbəblərdən adını bildirməyən şəxsin sözlərinə görə, şəhərin dəmiryolu vağzalından ehtimal ki, Krım istiqamətinə “Nüvə təhlükəsi” xəbərdarlıq işarəsi ilə bir neçə vaqon keçib” – məlumatda deyilir.

MTMŞ güman edir ki, Moskva Krıma raket kompleksləri üçün nüvə başlıqları göndərir.

Qeyd edək ki, az öncə ABŞ Krımda nüvə silahının mövcudluğu barədə məlumata malik olmadığını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar