«VAŞİNQTON KRIM UĞRUNDA VURUŞMAYACAQ» - ABŞ Ukraynanı «baqaja qoyur»!

«İnsanlar ABŞ-dan, özlərindən umduqlarından artığını istəyirlər»

Amerikalılar Krım uğrunda vuruşmağa hazır deyillər. Yarımadanın Rusiya tərkibinə keçməsi tarixi faktdır. Gərəkdir ki, Ukrayna hakimiyyəti bir qədər realist olsun. Rusiya KİV-nin yazdığına görə, bu fikri «Ukrainskaya pravda» qəzetinə verdiyi müsahibədə ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol səsləndirib (Lenta.ru).

Amerikalı siyasətçi deyib: «Vaşinqton Krım uğrunda vuruşmağa hazır deyil. Vaxtilə Polşa, Macarıstan, Çexoslavakiya uğrunda olduğu kimi. Mən, sadəcə istəmirəm ki, insanlar Qərbin imkanlarını real olandan artıq qiymətləndirsinlər. Aydındır ki, biz hərbi əməliyyatlara getməyəcəyik. Hərdən mənə elə gəlir ki, insanlar ABŞ-dan, özlərindən umduqlarından artığını istəyirlər».

Jurnalistlərin «Bəs, bu halda Kiyev nə etməlidir?» - sualına, Makfol səbr etməyi məsləhət görüb: «Düşünürəm ki, bu, uzun çəkən proses olacaq. Nə vaxt hamıya aydın olacaq ki, Ukraynada həyat şəraiti Rusiyadakından yaxşıdır, bax, o zaman hər şey dəyişəcək. Mən, bir analitik kimi deyirəm - bu, mənim arzum deyil, alimlərin proqnozudur. Hesab edirəm ki, bu, çoxillik proses olacaq...»

Xatırladırıq ki, Makfol 2012-ci ilin yanvarından 2014-cü ilin fevralına qədər ABŞ-ın Rusiyada səfiri olub. Həmin dövrdə Moskva ilə Vaşinqton strateji hücum silahlarının azaldılması haqqında yeni müqavilə imzalayıb, turistlər və iş adamları üçün viza rejimini sadələşdirib. Elə həmin dövrdə Rusiya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olub.

Makfol peşəkar diplomat deyil və politologiya ilə məşğul olur, doktorluq elmi dərəcəsi var. Rusiyaya səfir təyin edilənə qədər o, ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə xüsusi köməkçisi vəzifəsində çalışıb.

5 mart 2015-ci ildən Makfol NBC Universal News Group mediaqrupu telekanallarının analitikidir. Onun fəaliyyət dairəsi milli təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə analiz çalışmalarını əhatə edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar