Türkiyədən Putinə sərt reaksiya!

«Genosidin nə olduğunu Rusiya öz təcrübəsindən bilir»

Rusiya KİV-nin yaydığı məlumata görə, prezident Putinin qondarma «erməni genosidi» tədbirlərində (24 aprel) söylədiklərinə Türkiyə Xarici İşlər Nazirliyi sərt cavab verib («Exo Moskvı»).

Nazirliyin bəyanatında deyilir ki, Rusiya ötən əsrdə Qafqazda, Orta Asiyada və Şərqi Avropada həyata keçirdiyi kütləvi qətllərin təcrübəsindən genosidin nə olduğunu digərlərindən yaxşı bilir. Türk diplomatiyası «Qolodomor»u da yada salıb (Röyter).

Xatırladırıq ki, iki gün əvvəl sözügedən tədbirdə çıxış edən Rusiya prezidenti deyib ki, «erməni genosidi» kimi şər əməllərin bir daha təkrarlanmaması üçün beynəlxaq birlik əlindən gələni etməlidir.

Xəbərdə o da xüsusi olaraq vurğulanır ki, Türkiyə ilə Rusiyanı bir-birinə «Türk axını» kimi nəhəng bir layihə - qaz kəmərinin tikintisi bağlayır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar