«Erməni genosidi»ni məhz Rusiya tanıdıb - Putin

Putin: «1915-ci il hadisələrini öz kədərimiz bilirik»

Aprelin 24-də İrəvanda qondarma «erməni genosidi»nin 100 illik «yubileyi» tədbirlərinə qatılan Rusiya prezidenti V.Putin deyib ki, 1915-ci ildə ermənilərə qarşı işlənmiş zorakılıqların beynəlxalq miqyasda pislənməsi və genosid kimi tanınması məhz Rusiyanın çalışmaları sayəsində mümkün olmuşdur («İnterfaks»).

Tədbirdəki çıxışı zamanı Putin deyib: «Yüz minlərlə köməksiz və ev-eşiyini itirmiş erməni Rusiya ərazilərində (əslində, Azərbaycan torpaqlarında! - red.) sığınacaq tapıb və xilas olub. Ermənilərin zorakılıqlara məruz qalması faktının beynəlxalq miqyasda pislənməsinə məhz Rusiya diplomatiyası nail olub...»

Rusiya prezidenti əlavə edib ki, «erməni genosidi» məsələsinə yönəlik ölkəsinin mövqeyi dəyişməz qalır: «Biz hər zaman hesab etmişik ki, insanların kütləvi halda qətlə yetirilməsinə heç vəchlə haqq qazandırmaq olmaz...»

Bununla yanaşı, Rusiya prezidenti gələcəyə optimizmlə baxmaq ismarıcı da verib: «1915-ci il hadisələri bütün dünyanı sarsıtı, Rusiya isə bunu öz ağrısı kimi qəbul etdi. Bununla belə, ötən illərin faciəli hadisələrini xatırlayarkən biz, gələcəyə optimizmlə baxmalı, dostluq, mehriban qonşuluq və qarşılıqlı yardım ideallarına inanmalı, xeyirxahlığı, bir-birinə hörmət etmək bacarıqlarını öyrənməli, bir-birimizin maraqlarına hörmət etməyi bacarmalıyıq...»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar