Erməniləri qızışdıran 3 ölkə

İsmət Yılmaz: "Bütün müllətlərə hər cür pisliyi edənlər bu üç dövlətdir"

"Birinci dünya müharibəsində ermənilərə silah verib qızışdıran ölkələrin başında Fransa, İngiltərə və Rusiya gəlir. Bütün müllətlərə hər cür pisliyi edənlər bu üç dövlətdir".

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyib.

Nazir bildirib ki, Birinci dünya müharibəsi zamanı əllərinə silah alan türk gəncləri cəbhədə idi: "Çünki səfərbərlik elan edilmişdi. Gənclərimizdən əli silah tutanların hamısı cəbhəyə getdi. Bəs Anadoluda kim qaldı? Yaşlılar, qadınlar, uşaqlar. Xarici qüvvələr isə burada ermənilərə silah verdilər ki, Anadoluda dövlət qursunlar.

Van da daxil olmaqla Türkiyənin bir çox yerlərində silaha əl atdılar. Onlara silah verənlər Fransa, İngiltərə və Rusiyadır. Bu dünyada bütün millətlərə pislik edən adını çəkdiyim üç ölkədir. Bunların da səsi çox çıxır. Halbuki doğru deyillər. Xaçlı kimi düşünürlər. Əziz millətimiz inşallah birlik və bərabərlik içində olarsa, onların bu planları boşa çıxacaqdır", - deyə milli müdafiə naziri bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar