Türkiyədən yeni qardaş dəstəyi

"Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdır. Yalnız bundan sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasından söhbət gedə bilər".Bu sözləri Türkiyənin Avropa Birliyi (AB) üzrə naziri Volkan Bozkır deyib.

Türkiyəli diplomat 2009-cu ildə Türkiyə və Ermənistan arasında imzalanan protokoldan danışarkən iki ölkə arasında yaxınlaşma prosesinin şərtlərinə aydınlıq gətirib.O bildirib ki, Ermənistanla yaxınlaşma bu ölkənin 1915-ci hadisələrini beynəlxalq aləmdə "soyqırım" adlandırmaqdan çəkinməsindən və Dağlıq Qarabağdan qoşunları çıxarmasından sonra mümkündür. Yalnız bundan sonra iki ölkə arasında münasibətlərin normallaşmasından söhbət gedə bilər.

O digər bir şərt kimi Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycana qaytarılmalı olduğunu da vurğulayıb.Volkan Bozkır 1915-ci il hadisələrindən daınışarkən Türkiyə tərəfinin arxivləri açmağa hazır olduğunu bir daha bəyan edib. O bildirib ki, Ermənistan tərəfi hər dəfə buna razı olmayaraq problemlər yaradır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar