Ukrayna siyasətçilərinin sual doğuran gəlirləri - Korrupsiya

Ötən il Ukraynanın keçmiş baş naziri üçün gərgin keçdi. İlin bir hissəsini o, həbsdə keçirdi, bir hissəsini xəstəxanada sağlamlığının bərpasına sərf etdi, qalan hissəsi də prezident və parlament seçki kampaniyalarına həsr olundu.

Amma bütün bunlara baxmayaraq, o, özünə bahalı maşın ala bilib. Bu onun vergi bəyannaməsindən də bəlli olur. Həm də heç bir əmanətə sahib olmaya-olmaya.

Yulia Timoshenkonun sirli gəlirləri heç də Ukrayna siyasətçiləri arasında nadir rast gəlinən hal deyil. 2014-cü ildən gəlir deklarasiyası ictimaiyyət üçün də açıq olandan bu cür pul gəlirlərinin adi hal olduğu üzə çıxıb. Siyasətçilər gəlir bəyannamələrini hər ilin aprelində açıqlayırlar. Burada həm də partiya mənsubiyyətlərini, yaş və özləri barədə digər məlumatları qeyd edirlər.

[caption id="attachment_51105" align="alignleft" width="300"]Yulia Timoshenko Yulia Timoshenko[/caption]

Korrupsiya Ukraynada iki inqilaba səbəb olub, amma hələ də bu ölkədə siyasətçilərin gəlir və əmlak bəyannamələrindəki boşluqlar problem olaraq qalır.

TİMOSHENKONUN AZALAN GƏLİRLƏRİ VƏ 72 MİNLİK YENİ AVTOMOBİLİ

Timoshenko bəyan edib ki, ötən il ailəsi dəyəri 72 min avro olan «Mercedes Benz GL-350» avtomobili alıb. «Yoldaşımın ölkə xaricində biznesi var idi, repressiyalar başlayan kimi o, biznesini satdı və əldə etdiyi gəlirin bir hissəsindən bu avtomobili aldı» –Tymoshenko bildirib.

Viktor Yanukovych 2010-cu ildə hakimiyyətə gəldikdən sonra siyasi rəqiblərinə qarşı təzyiqlərə başlayandan sonra Tymoshenko-nun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq alıb.

Oleksandr Timoshenkonun uzun illərdir bu ölkədə biznesi var, amma ailənin son bir ildə gəliri sıfır kimi göstərilib. Yulia Timoshenkonun şəxsi qazancı onların yeni avtomobilinin qiymətinin üçdə birinə bərabərdir.

Bundan başqa, bəyannaməyə görə, Timoshenko 588 kvadratmetrlik ev kirayələyir ki, gəlirinin üçdə birini məhz buna xərcləyir.

[caption id="attachment_113578" align="alignleft" width="300"]

Oleh Lyashko[/caption]

PARLAMENT ÜZVÜ NECƏ «MAZDA» SAHİBİ OLDU

Ötən il ilk dəfə parlamentdə yer alan populist Radikal Partiyanın lideri Oleh Lyashko «Mazda СХ-5» almağa müvəffəq olub. Bu yolsuzluq avtomobilinin Ukraynada dəyəri 30 min dollardır.

AzadlıqRadiosu Ukrayna bürosunun «parlament üzvü kimi gəlirlərin nəzərə alınarsa, bu, necə mümkün olub» sualına Lyashko «Rosita-dan istəmişəm» deyə cavab verib. O, öz həyat yoldaşını nəzərdə tutur.

Əvvəllər jurnalist kimi fəaliyyət göstərən Lyashko deyib ki, köhnə maşınını satıb, maaşından da topladığı pulla yeni avtomobil ala bilib.

TƏƏCCÜB DOĞURAN DİVİDENDLƏR

[caption id="attachment_113579" align="alignleft" width="300"]

Ihor Yeremeev[/caption]

Bahalı avtomobillərlə yanaşı, deklarasiyaların üzə çıxardığı ümumi problemlərdən biri də mənbəyi məlum olmayan şirkətlərdən divident şəklində gələn qeyri-şəffaf gəlirlərdir.

Məsələn, keçmiş prezident administrasiyasının rəhbəri Serhiy Lyovochkinin gəliri ötən il 10 milyon qrivna –430 min dollar olub, amma bu pulların mənbəyi naməlum olaraq qalır.

Başqa bir müxalifət lideri Ihor Yeremeevin dividentlərdən gəliri 24 milyon qrivna – 1 milyon dollardan çox olub.

Onun bu qədər divident aldığı şirkətin adını soruşanda isə, Yeremeev bu məlumatın «gizli» olduğunu bildirib.Bildirəndə ki, onun bir parlament üzvü kimi qərarları biznes maraqları ilə toqquşmamalıdır, Yeremeev deyib:«Baxın, mən bundan sirr düzəltmirəm. Mən «Continuum» şirkətlər qrupunun səhmdarıyam». Sözügedən şirkət Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.

TET-A-TET HƏLL OLUNAN MƏSƏLƏLƏR

OPORA seçki şəbəkəsinin lideri Olha Aivazovska deyir ki, Ukrayna qanunlarına görə, parlament üzvləri yalnız gəlirlərini açıqlamağa məcburdurlar, amma divident aldıqları şirkətlərin adlarını açıqlamaya bilərlər.Aivazovskanin dediyinə görə, şirkətlər öz vergi bəyannamələrində divident verdikləri şəxslərin adlarını açıqlayır. Vergi idarəsi bu məlumatları müqayisə edir.

Hələ ki, bu məlumatlarda uyğunsuzluq barədə ictimaiyyətə hər hansı açıqlama verilməyib. Aivazovska ehtimal edir ki, mümkün uyğunsuzluqlar vergi orqanları ilə həmin şəxslər arasında fərdi qaydada həll edilir.("Azadlıq" radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar