Bu gün intellektual mülkiyyət günüdür

Xarici KİV-in yaydığı məlumata görə, hər il olduğu kimi, bu gün - aprelin 26-da dünyada intellektual mülkiyyət günü (bayram) qeyd olunur. Bu haqda qərarı 1999-cu ilin aprelində BMT Ümumdünya intellektual mülkiyyət təşkilatının Baş məclisi (World Intellectual Property Organization, WIPO ) qəbul edib, təklifi isə müzakirəyə Çinin WIPO-ı nümayəndələri təqdim edib.

Beynəlxal intellektual mülkiyyət günü insanların gündəlik həyatında innovasiyaların əhəmiyyətini və cəmiyyətlərin təkmilləşdirilməsində rolunu qiymətləndirməyə imkan yaradır.

Patentlər, əmtəə nişanları, müəllif hüquqları və qarışıq hüquqlar insan yaradıcılığının və biliklərinin məhsulu olaraq bütün dünya ictimaiyyətinin iqtisadi və mədəni inkişafına kömək edən güclü alətlərdir..

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar