Avropa İttifaqı Ukrayna münaqişəsinə hərbi müdaxilə etməyəcək

Avropa İttifaqının sədri bu fikirdədir

Avropai İttifaqının (Aİ) sədri Donald Tusk birliyin Ukrayna münaqişəsinə müdaxiləsi barədəki ehtimalları illüziya adlandırıb. Ria Novosti agentliyi xəbər verir ki, cənab Tusk özü də hadisələrin bu cür inkişafının əleyhinə olduğunu dilə gətirib.

Polşa telekanalı TVN və «1+1» Ukrayna telekanallarına müsahibəsində Tusk bildirib ki, Aİ Ukraynaya digər formada, məsələn, hərbi kömək barədə qərar qəbul etmir, çünki bu, birliyin səlahiyyətində olan məsələ deyil.

Aİ sədri daha sonra deyib: «İttifaqın belə məqsədlər üçün yaradılmadığından asılı olmayaraq, Avropada belə bir atmosfer yoxdur, belə həvəskarların - Ukraynaya birbaşa hərbi kömək tərəfdarlarının sayı o qədər də çox deyil. Gəlin, illüziyalar qurmayaq...»

Aİ sədri onu da əlavə edib ki, situasiyanın diplomatik yolla tənzimlənməsini israr edir. Bu istiqamətdə o, ABŞ və Kanadanın «münaqişənin sülh və diplomatik üsullarla həllini» özündə ehtiva edən davranışlarını nümunə kimi önə çəkib.

Tuskun fikrincə, ola bilsin ki, Ukrayna münaqişəsinin həllinə yönəlik sülh çalışmaları yetərli deyil: «Sanksiyalarla birlikdə bu çalışmalar əlüstü nəticələ vermədi. Amma digər tərəfdən, Ukraynada münaqişənin ən qaynar fazasının və geniş hərbi əməliyyatların dayandırılması sözsüz ki, Avropanın vahid mövqeyinin nəticəsidir».

Ukrayna prezidenti Petro Poroşenko isə aprelin 24-də bəyan edib ki, ölkənin cənub-şərqində situasiyanı sabitləşdirmək üçün ya BMT sülhməramlılarının, ya da Aavropa İttifaqı missiyasının iştirakı qaçılmazdır: «İki imkanımız var - ya BMT Təhlükəsizlik Şurasının qərarı ilə BMT sülhməramlılarını dəvət edirik və onlar həm Ukrayna-Rusiya sərhədində, həm də toqquşmaların xətti boyunca vəziyyəti nəzarətə götürürlər, ya da bu vəzifəni üzərinə götürməyə hazır olan Avropa İttifaqı missiyasını...»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar