“ABŞ-ın AZƏRBAYCANDAKI XƏFİYYƏLƏRİ...” - Putindən ŞOK açıqlama

2000-ci illərin əvvəllərində Rusiyanın xüsusi xidmət orqanları Şimali Qafqazdakı silahlılarla ABŞ-ın Azərbaycandakı xüsusi xidmətləri ilə birbaşa təmasda olduğunu qeydə almışdılar. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə prezident Vladimir Putin “Rossiya 1” telekanalında efirə getmiş “Prezident” filmində bildirib.

Onun sözlərinə görə, bunu biləndən sonra o, ABŞ-ın o vaxtkı prezidentinə izahat üçün müraciət edib. “10 gündən sonra Rusiya FTB-si Vaşinqtondakı həmkarlarından belə bir məktub aldı: “Biz Rusiyanın bütün müxalifət qüvvələri ilə əlaqələr saxlayırıq və saxlayacağıq. Və hesab edirik ki, buna haqqımız var və bundan sonra da belə edəcəyik”” – deyib Kreml başçısı.

“Kimlərsə, ələlxüsus da Qərbin xüsusi xidmətləri hesab edirdilər ki, əgər kimsə onun əsas geosiyasi rəqibini laxladırsa – artıq bildiyimiz kimi, Rusiya onların şüurunda həmişə bu statusda olub – o zaman bu, onların faydasınadır” - əlavə edib Rusiya prezidenti.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar