Prezident “Bakı-2015”in məşəlini yandırdı - VİDEO

Bu gün Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb. APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə çıxış ediblər.

Məşəl Suraxanı rayonu ərazisindəki Atəşgahda alovlandırılıb.

Qeyd edək ki, məşəl iyunun 6-na qədər Azərbaycanın 15 bölgəsindən keçəcək.

Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub, hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Məşəl Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar