“Bakı dünya rekorduna imza atdı” - Patrik Hikki

Bu gün Avropa idmanı qitəmizin idman potensialının reallaşması yolunda yekun mərhələyə daxil olur. İlk Avropa Oyunları artıq reallığa çevrilir. APA-nın xəbərinə görə, bunu I Avropa Oyunlarının məşələnin alovlandırma mərasimində Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.

”İki ildən bir qədər çox əvvəl biz böyük məmnunluqla elan etdik ki, Avropa Oyunlarını qəbul edən ölkə “Odlar Yurdu” Azərbaycan olacaq. Ən cəlbedici elementlərdən biri - ölkənizin milli rəmzi olan alov, eyni zamanda, Olimpiya Hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Məşəlin alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı” deyə, AOK prezidenti bildirib.

O qeyd edib ki, AOK göstərilən yardıma görə olduqca minnətdardır: “Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar”.

P. Hikki bildirib ki, Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurub: “Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirib”.

O, Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırıb: “Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar