Azərbaycan Nepala humanitar yardım göndərir

Azərbaycan Nepal Federativ Demokratik Respublikasında baş verən güclü zəlzələ ilə bağlı humanitar yardım göstərəcək.

FHN-dən verilən məlumata görə, prezident İlham Əliyevin göstərişi ilə humanitar yardım göstərilməsi istiqamətində iş gedir:

"Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş Rixter cədvəli üzrə 7.8 bal gücündə zəlzələ çoxsaylı insan itkisi və dağıntılar törədib: "Bununla əlaqədar Azərbaycan Respublukasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi və humanitar yardımın göndərilməsi istiqamətində iş aparır. Əlavə məlumat veriləcək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar