Kəlbəcər girovu Şahbaz Quliyev əməliyyat olunub

Kəlbəcərdə girov götürülən və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub. APA-nın “Kavkazskiy uzel” portalına istinadən verdiyi məlumata görə, Ş. Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Ş. Quliyevə baş çəkib. Onlar Ş. Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar