Bakıda avtobusla maşınlar toqquşdu: ölən var

Aprelin 26-da Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu qəsəbəsi, Şəhər şosesində (SOCAR-ın qarşısında) “Nurgün Motors”a məxsus “İnfiniti”, Mikayıl Abdullayevin idarə etdiyi “VAZ” markalı avtomobillər, eləcə də 148 saylı xətt üzrə hərəkət edən və Habil Bayramovun idarə etdiyi “İsizu” markalı avtobus toqquşub. Nəticədə M.Abdullayev hadisə yerində keçinib. Onun oğlu, 21 yaşlı İsfəndiyar isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, ekspertizalar təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar