MTN POLKOVNİKİN QƏTLİNDƏ ƏBİYEVDƏN ŞÜBHƏLƏNİB! - Şok detallar, unikal VİDEOkadrlar
Gədəbəyin Şınıx bölgəsində mina partlayışı zamanı həlak olan əfsanəvi komandir, polkovnik Cahangir Rüstəmovun ölümü ətrafında bir müddət əvvəl başlayan müzakirələr, araşdırmalar davam edir. Polkovnikin həyatına ermənilərin, yoxsa onunla düşmənçilik aparan özümüzünkülərin sui-qəsd etdiyinə dair müxtəlif iddialar, fikirlər səslənir.
Rəsmi açıqlamalarda polkovnikin ermənilər tərəfindən öldürüldüyü bildirilir. Düşmənin böyük itki verdiyi Başkənd əməliyyatının uğurla başa catmasında xüsusi rolu olan Cahangir Rüstəmovun başına ermənilərin pul qoyduğuna dair iddialar var. Elə ona qarşı sui-qəsdin də məhz erməni kəşfiyyatı tərəfindən qisas almaq məqsədilə həyata keçirildiyi ehtimal olunur.
Ancaq bu yeganə ehtimal deyil. Polkovnikin daxili düşmənləri tərəfindən aradan götürüldüyünə dair şübhələr olub və bu gün də var. Bu şübhələrin yenidən müzakirə mövzusuna çevrilməsinin səbəbi isə, Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun adının “Lamiyə işi” ilə bağl gündəmə gəlməsi oldu.
“Lamiyə işi” ilə bağlı adı bir sıra qanunsuzluqlarda hallanan Aslan Aslanovun, istədiyini edəcək gücdə olması, əməllərinin cəzasız qaldığı iddiaları səsləndi və bu, onun sabiq müdafiə naziri Səfər Əbiyev tərəfindən himayə olunması ilə əlaqələndirildi. Bundan sonra Əbiyev-Aslanov tandeminin fəaliyyətində araşdırılmas tələb edilən ciddi qanun pozuntularının, “icraatların”, hətta ağır cinayətlərin olduğuna dair iddialar irəli sürülməyə başlanıldı.
Həmin yazıdan sitat: “Cahangir sayılıb-seçilən komandirlərdən idi, Aslanovun onun işlərinə qarışmasına imkan vermirdi. Onun maşınını Nəbi adlı şəxsin vasitəsilə minaya saldılar. Cahangir öldü, sürücüsü sağ qaldı. Bu məsələni araşdıran müstəntiqi də öldürdülər”.
C.Rüstəmovun oğlu Faiq Rüstəmov, Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov da bu iddialarla bağlı “Yeni Müsavat”a müsahibə verərək, alay komandirinə sui-qəsd edildiyini bildiriblər.
Polkovnikin oğlu Əbiyevdən şübhələndiyini dilə gətirib. Sitat : “Atama sui-qəsdin üstündən 21 il ötüb, bizi zərərçəkən kimi tanıyıb cinayət işi ilə tanış etməyiblər. Atama sui-qəsddə ən çox şübhələndiyim şəxs Səfər Əbiyevdir. Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar. 4 ay sonra atamı öldürdülər. Onu sui-qəsd nəticəsində öldürüblər. Mən buna əminəm”.”
Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov isə polkovnikin bildiklərini açıqlamaması üçün öldürüldüyünü demişdi: “Cahangir Rüstəmov yanına gəlib ”qoşunları geri çək, əvəzində nə istəsən verək” deyən adamları tanıdığını demişdi, həmin sözdən sonra onu məhv etdilər…”
Partlayışdan 3 gün əvvəl – 1994-cü il martın 25-də C.Rüstəmova müvəqqəti sürücü təyin olunmuş Saleh Əliyev də polkovnkin Aslan Aslanovla münasibətlərinin yaxşı
Göründüyü kimi, həmin vaxt Cahangir Rüstəmovun ətrafında olmuş insanlar rəsmi versiyanın əksinə olaraq, polkovnikə sui-qəsdin onun daxildəki düşmənləri tərəfindən təşkil olunduğunu iddia edirlər. Bu zaman əsas şübhələr isə Aslan Aslanov və Səfər Əbiyevin üzərinə yönəldilir.
Əlbəttə, bu fikirlərin qəsdən ortaya atıldığını düşünənlər də az deyil. Səfər Əbiyevin nazir postundan götürülməsindən, Aslan Aslanovun vəzifəsini itirməsindən sonra onları “tam bitirmək” istəyənlərin bu cür fikirləri ictimai rəyə qəsdən yeritdikləri fikrini irəli sürənlər də var.
Əlbəttə, məktubda qeyd olunanların nə qədər həqiqəti əks etdirdiyini söyləmək çətindir. Ancaq bu, Cahangir Rüstəmovun qətlində Səfər Əbiyevin adının polkovnikin ölümündən az sonra hallandırılmağa başlandığı həqiqətini dəyişmir. Bunun səbəbi kimi isə 2 ehtimal var.
İkincisi, polkovnik Cahangir Rüstəmovun qətlində Səfər Əbievdən və dostu Aslan Aslanovdan şübhələnməyə əsas yaradan ciddi məlumatlar olub. Bu məlumatların nə qədər əsaslı olub-olmadığını araşdırmaq, əlbəttə, hüquq-mühafizə orqanlarının işidir. Hər halda, Rüstəmovun ətrafında olan insanlar polkovnikin qətlinin üstünün açılmadığı düşüncəsindədirlər…
Ancaq bununla belə, onların dediklərinin də tam olaraq həqiqəti əks etdirdiyini iddia etmək mümkün deyil. Belə ki, mətbuatda çıxış edən polkovnik Cahangir Rüstəmovun oğlu və yaxın ətrafı partlayışa səbəb olan minanın maşına yerləşdirildiyini iddia ediblər. Hətta sürücüsü saat mexanizmli bombanın maşının alt hissəsinə bərkidildiyi versiyasını irəli sürüb. Partlayış zamanı maşının arxa təkərinin oxdan ayrılmasını da bununla izah edib.
Eyni zamanda qeyd olunur ki, əgər mina torpaqda olsaydı, partlayış baş verəndə dalğası Cahangir Rüstəmovun olduğu maşını götürüb yoldan kənara atardı.
Partlayış zamanı baş verən yanğın isə maşına əlavə benzin dolu qabların qoyulması ilə izah edilir. Bunun qəsdən edildiyi bildirilir.
Cahangir Rüstəmovun qətlinin “daxildəki dümənləri” tərəfindən təşkil olunduğunu və ört-basdır edildiyini iddia edənlər, işi araşdıran müstəntiqin - Qazax qarnizonu hərbi prokurorluğunun əməkdaşı Səbuhi Lütfi oğlu Xasiyevin də eyni üsulla aradan götürüldüyü qənaətindədirlər. Yəni, onun da maşınına bomba qoyularaq partladıldığı iddiasını irəli sürürlər.
Əlbəttə, bu iddiaların doğru olub-olmadığın iddia etmək ciddi araşdırma tələb edir. Elə hadisənin canlı şahidləri tərəfindən “AzPolitika.info”ya verilən məlumatlar və hadisədən 1 gün sonra çəkilmiş VİDEO KADRLAR da bunu deməyə əsas verir.
Belə ki, adının çəkilməsini istəməyən hadisənin şahidlərindən biri mətbuata danışanlardan fərqli olaraq, həm Cahangir Rüstəmovun, həm də onun qətlini araşdıran müstəntiqin torpağa basdırılmış tank əleyhinə minanın (TM 62) partlaması nəticəsində həlak olduğu fikrini irəli sürür. Onun sözlərinə görə, hər ki şəxsin maşını TANK ƏLEYHİNƏ MİNAYA düşüb: “Tank əleyhinə mina partlayarkən, çox yüksək dərəcədə istilik yaranır və yuxarı doğru püskürür. Cahangir Rüstəmovun da oturduğu maşının arxa təkəri bu minaya düşdüyündən, arxa hissəsi tamamilə yox olmuşdu. Qabaq hissəsi isə nisbətən salamat qalmışdı”, deyə hadisənin şahidi bldirir.
Hadisədən sonra heç bir qəlpənin tapılmaması da, Cahangir Rüstəmovun maşınının tank əleyhinə minaya düşməsi ilə izah edilir. Bu mina partlayarkən, çox yüksək dərəcəli istilik yarandığından, qəlpələr əriyərək yox olur.
Hadisə baş verməzdən bir müddət əvvəl ərazidən bir traktor keçdiyini və heç bir partlayışın olmadığını deyən mənbə, bunu minaların Cahangir Rüstəmov həmin ərazidən keçməzdən az əvvəl yerləşdirilməsi ilə izah edir. Yeri gəlmişkən qeyd edək ki, bu fikri sürücüsünün dediyi sözlər də təsdiqləyir: “Cahangir Rüstəmova qəfil zəng gəldi. Məncə, zəng edən rəhbərlikdən idi. Başqasının sözü ilə Cahangir Rüstəmov geriyə qayıtmazdı...”.
Yəni istisna deyil ki, Cahangir Rüstəmovu çağıranlar onun keçdiyi ərazini də minaladıblar. Hətta C.Rüstəmovun ölümündən sonra bu minalardan birinin tapılıb çıxarıldığı və Qazax hərbi qarnizonunun müstəntiqinə təhvil verildiyi, lakin sonradan o minanın gizlədildiyinə dair iddialar da var. Tapılan bu minanın vəziyyətindən aydın görünüb ki, o torpağa yeni basdırılıb.
Mənbə Cahangir Rüstəmovun ölüm işini araşdıran müstəntiqin də şahmat şəklində basdırılmış bu minalardan digərinə düşdüyü qənaətindədir. Müstəntiqin minaya Rüstəmovun maşının partladığı yerdən 60-70 metr aralıda düşməsi də bu versiyanı gücləndirir.
Əlbəttə, bunlar versiyalardır və ciddi araşdırılması tələb olunur. Deyilənlər və irəli sürülən başqa iddialar birmənalı olaraq polkovniki “daxildəki düşmənlərinin” aradan götürdüyünü söyləməyə əsas vemir. Çünki həmin minaların erməni kəşfiyyatı tərəfindən yerləşdirilməsini də istisna etmək olmaz (Bu versiya aşağıda təqdim etdiyimiz videoda da hərbçilərdən biri tərəfindən dilə gətirilir).
"AzPolitika.info" polkovnik Cahangir Rüstəmovun və müstəntiq Səbuhi Xasıyevin avtomobillərinin partlamasından dərhal sonra hadisə yerindən çəkilmiş kadrları təqdim edir.
Murad Mənmmədov
AzPolitika.info
Şərhlər
Mən bildirim ki,polkovnik C.Rüstəmova qarşı törədilən sui qəsd barədə verilən məlumatların bəziləri həqiqətə uyğun deyil.Eyni zamanda bildirim ki sui qəstdən sonra
Kaş ki araşdirilardı bu məsələ. Bilərdik ki, düşmən sapı özümüzdən olan baltadı yoxsa erməni?...
Məlumatı AzPolitikoya mən vermişəm.Məndən başqa hər kəsin verdiyi məlumatlar səhvdir.Həmin məlumatlar mənim sözlərimin təhrif olunmuş formalarıdır.Nə Elpərəst,nə Faiq nə də Etibar nə də sürücü Saleh nə bilirlər ki,nə də danışsınlar?Xahiş edirəm öz səhifənizi faktlara söykənməyəyən yazılarla ucuzlaşdırmayın.Videodakı furajkalı zabit mənəm.Mən hər şeyi bilirəm,başqaları yox..Hər şeyi ilk olaraq yerində mən araşdırmışam--məhz bu səbəbdən də ...nə isə...