Bakıda saxta manat əməliyyatı

Mağazalara saxta pul təqdim edən şəxs tutulub

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 25-də saat 03 radələrində Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əsginas verib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini, 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən edilib və həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar