Terror həyəcanı Riqaya da çatdı

Partlayış təhdidinə görə aeroportdan sərnişinlər təxliyyə olunublar

Latviya paytaxtında partlayış təhlükəsi həyəcanı yaşanıb və Riqa aeroportundakı insanlar təxliyyə ediliblər. Anspress xəbər verir ki, bəlli olmayan mənbələrdən partlayış baş verəcəyi haqqında daxil olmuş xəbərlərə əsasən aeroportdan sərnişinlər təcili çıxarılıblar.

Bununla əlaqədar olaraq təyyarələr Riqa aeroportuna yox, ona yaxın hava limanlarına yönəldilir.

Polisin məlumatına görə, partlayış barədə mesaj bu gün yerli vaxtla səhər saat 7-də daxil olub. Hazırda xüsusi xidmət orqanları tərəfindən terminallar yoxlanılır.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) mayın 21-22-də Riqada Şərq Tərəfdaşlığı sammiti keçiriləcək. Sammitdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan nümayəndə heyəti iştirak edəcək. Bu proqramın məqsədi keçmiş Sovet ölkələri ilə iqtisadi və siyasi münasibətləri genişləndirmək və gücləndirməkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar