Bəyin toyda gəlini döyməsi ilə bağlı AÇIQLAMA (VİDEO)

Aprelin 25-i Bakıda “Xudafərin” şadlıq sarayında düşən kütləvi davada xəsarət alan yoxdur. Bu barədə APA TV-yə Nizami Rayon Polis İdarəsinin rəis müavini Ədalət Əliyev bildirib. Onun sözlərinə görə, şadlıq sarayının rəhbərliyi 24-cü polis bölməsinə zəng edərək qonaqların davranışına nəzarət edə bilmədiklərini deyiblər. Polis əməkdaşları hadisə yerinə gəlib çatanda münaqişə səngimiş olub. İdarəsən APA TV-yə bildirilib ki, qız və oğlan evi tərəfdən 4 nəfər saxlanıb, saxlananlar arasında bəy yoxdur. İzahatları alındıqdan sonra onlar da ertəsi gün sərbəst buraxılıblar. Şadlıq sarayına polis çağırıldığı üçün sifarişçilər məclisin pulunu ödəməkdən imtina ediblər. Sonra razılaşma əldə olunub, "Xudafərin" şadlıq sarayı pulun tam və ya qismən ödənilməsi barədə məlumat vermək istəməyib.

Qeyd edək ki , toy mərasimində gəlinin bəyə etirazı nəticəsində tərəflər arasında mübahisə yaranıb. Bəyi sakitləşdirmək istəyən qohumlarına kəskin etirazını bildirən səbəbkar qəflətən gəlinə hücum çəkib, ona ardıcıl zərbələr endirib və həyat yoldaşı olacaq xanım huşunu itirib. Davaya gəlinin qohumları müdaxilə etdikdən sonra vəziyyətin daha da gərginləşib.

***

Bakıda “Xudafərin” şadlıq sarayında keçirilən toy zamanı baş verən kütləvi davanın səbəbi məlum olub. Şadlıq evinin rəhbərliyindən AzVision.az-verilən məlumata görə, toy zamanı Sənan adlı bəy gəlini döymək istəyib. Bu zaman qohumlar arasında mübahisə düşüb. Davanın mahnı üstündə düşdüyü məlum olub:

“Toyda çoxlu mahnı sifarişləri verilib. Bəylə gəlini də rəqsə dəvət ediblər. Bu zaman bəy oynamaq istəməyib. Gəlin isə rəqs etmək istəyib. Toydakı gənclərdən biri bəyə yaxınlaşıb, onun qulağına nəsə pıçıldayıb. Bu zaman bəy əsəbləşib. Yanında oturan gəlinə əl atıb. Gəlin də toydan qaçmaq istəyib. Bu zaman yeni qohumlar arasında mübahisə yaranıb. Hadisə ilə bağlı polisə xəbər verilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları şadlıq evinə daxil olaraq, davanın qarşısını alıb”.

Şadlıq evindən verilən məlumata görə, bəyin saxlanılması haqda mətbuatda yayılan xəbərlər doğru deyil.

“Onların polis tərəfindən saxlanılması barədə yayılan xəbərlər yalandır. Toy bitdikdən sonra gecə bəylə-gəlin restoranı birgə tərk ediblər. Onların nikahları pozulmayıb. Yayılan xəbərlər dezinformasiyadır. Bəy-gəlin çox da imkanlı adamlar deyillər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar