Daha bir bank manatdan imtina etdi

“Bank VTB (Azərbaycan)” müştərilərinə manatla kreditlərin verilməsini dayandırıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, hazırda bankdan nağd pul kreditini illik 24%-lə, 3 il müddətinə götürmək mümkündür.

Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra “Bank VTB (Azərbaycan)” müştərilərinə milli valyutada kredit ayıran azsaylı banklardan biri idi. Bank manatla kreditləri illik 28%-lə, 3 il müddətinə verirdi. Lakin görünür ki, ölkədə dollarlaşma prosesinin güclənməsi “Bank VTB (Azərbaycan)”ı kredit şərtlərinə yenidən baxmağa, risklərini azaltmaq üçün manatdan imtina etməyə vadar edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar