Sabah 27 dərəcə isti olacaq - Proqnoz

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasƏsasən yağmursuz hava müşahidə olunacaq

Bakıda və Abşeron yarımadasında aprelin 28-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, əsasən yağmursuz hava müşahidə olunacaq. Səhər duman olacaq və şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacaq.

Rayonlarda sabah bəzi yerlərdə şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcə isti olacaq. Dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar