“Oğlumun “erməni soyqırımı” haqda dediklərini araşdırıram” - Eks-deputat

Yeni Azərbaycan Partiyasının qurucularından biri, sabiq deputat Sudeyf İmamverdiyev oğlu Cavid İmamverdiyevin qondarma erməni soyqırımını tanıyan fikirlərinin ona məxsus olub-olmadığını araşdırır.

Bu barədə Modern.az saytına sabiq deputat Sudeyif İmamverdiyev özü məlumat verib. O qeyd edib ki, oğlunun “erməni soyqırımı”nı tanıması ilə bağlı dediklərindən və ya yazdıqlarından xəbərsizdir.

“Mən hələ bunu araşdırıram. O ifadələrin oğluma mənsub olub-olmaması məsələsi hələ ki mənə aydın deyil. Oğlum Cavidin elə bir şey deməsindən xəbərsizəm”,-deyə o bildirib.

Qeyd edək ki, rusiyalı teleaparıcı Tina Kandelaki Facebook-dakı rəsmi səhifəsində “erməni genosidi”ni tanıyan status yazıb. Mətbuatın yazdığına görə, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Komandasının üzvü Cavid İmamverdiyev də onun fikirlərinə haqq qazandırıb və o, 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri “erməni soyqırımı” kimi xarakterizə edib.

Cavid İmamverdiyevin atası Südeyf İmamverdiyev 1995-2000, 2000-2005-ci illərdə deputat olub.

Qeyd edək ki, S.İmamverdiyev Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professordur. YAP-ın təməlini qoyan məşhur “91-lər”dən biridir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar