Qızılın qiyməti qalxmaqda davam edir

ABŞ Federal Ehtiyat Sisteminin (FES) iclası ərəfəsində dünya bazarlarında qızılın qiyməti qalxmaqdadır. Moskva vaxtı ilə saat 09:00-a olan məlumata görə, Nyu-York birjasında (Comex ) qızılın iyun fyüçersi 0,62 faiz bahalaşaraq bir unsiyası üçün 1182,3 dollara çatıb (RİA «Novosti»).

Xəbər verilir ki, aprelin 28-29-da FRS-nin açıq bazarda əməliyyatlar komitəsinin (FOMC) iclası keçiriləcək. İnvestorlar öz növbəsində, tənzimləyicidən ölkə iqtisadiyyatının möhkəmlənməsi və monetar siyasətin sərtləşdirilməsi müddətləri barədə xəbərlər gözləyirlər.

Odur ki, investorların, baza faiz dərəcələrinin qaldırılması müddətləri barədə FRS-nin eyhamlarını diqqətlə izləyəcəsi şübhə doğurmur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar