"Səudiyyənin hərəkəti cavabsız qalmayacaq"

Humanitar yardımın Yəmənə buraxılmaması İranı əsəbləşdirdi

"Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərəkətləri və ölkəyə humanitar yardımın gətirilməsinə qadağa cavabsız qalmayacaq". Anspress-in İRNA-ya istinadla verdiyi məlumata görə, bu açıqlamanı İran XİN rəhbərinin ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdollahiyani deyib.

Məlumata görə, Səudiyyə Ərəbistanına məxsus qırıcılar İranın humanitar yardım olan yük təyyarəsinin Yəmənə daxil olmasına icazə verməyiblər.

Onun sözlərinə görə, Tehran Yəmən xalqının dəstəklənməsi və təcili humanitar yardımın çatdırılması, eləcə də yaralıların daşınması üçün istənilən variantı nəzərdən keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar