Bakıda əcnəbillərin külli miqdarda saxta dollar satması aşkarlandı

Bakıda külli miqdarda saxta dollarlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar