“Bu, qiyamətin əlamətidir” - Dövlət Baxçalı

“Səndən bozqurd olmaz, olsa-olsa, fındıq qurdu olar”. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə baş nazirinə müraciətində Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı söyləyib.

Onun sözlərinə görə, Davudoğlu Türkiyəni yazıq vəziyyətə gətirib:

“Davudoğlu guya bizə milliyyətçilik öyrədəcək. Bu, yəqin ki, qiyamət əlamətidir. Baş nazirin milliyyətçilik cahili olduğunu bilməyən qalmayıb. Cənab Davudoğlu, sən əvvəlcə ətrafındakılara milliyyət nədir onu öyrət, adamlıq necə olur onu göstər”.

Qeyd edək ki, Türkiyə Baş naziri Əhməd Davudoğlu bundan öncəki çıxışında “Baxçalıya necə milliyyətçi olmağı öyrədəcəyik”, demişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar