Bakı polisi uğurlu əməliyyat keçirdi

Keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

Paytaxt sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Qazax rayon sakinləri - 1976-cı il təvəllüdlü Musa Qoca oğlu Mirzəliyevdən 103,710 qram narkotik vasitə olan heroin aşkar olunub. Ona narkotik vasitəni satmaqda şübhəli bilinən 1974-cü il təvəllüdlü Həmid Rövşən oğlu Əliyev də tutulub.

Həmid Əliyevin müvəqqəti yaşadığı Mir Cəlal küçəsində yerləşən mənzildən əlavə olaraq 1 kiloqram 115 qram heroin və 465 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar