Bakıda “Porsche” DYP-nin gözü qarşısında “protiv sürdü” - Video

Bakıda bahalı avtomobilin sürücüsü Dövlət Yol Polisinin gözü qarşısında qaydaları pozaraq qəza şəraiti yaradıb. Oxu.az xəbər verir ki, Həsən Seyidbəyli küçəsi ilə hərəkət edən “Porsche Panamera” markalı avtomobilin sürücüsü DYP əməkdaşlarının dayandığı təhlükəsizlik adacığına daxil olub yol nişanlarını pozub.

Hadisə arxada olan avtomobildə quraşdırılmış videoqeydiyyatçı vasitəsi ilə lentə alınıb. Görüntülərə baxdıqda aydın olur ki, yol nişanlarını pozan sürücü daha sonra yolun əks istiqaməti ilə hərəkət edib, digər yol iştirakçılarına təhlükə yaradır.

Qeyd edək ki, yol nişanlarına əsasən Həsən Seyidbəyli küçəsindən birbaşa Teymur Elçin küçəsinə daxil olmaq qadağandır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar