"Boko Haram" adını dəyişdi

Nigeriya və qonşu ölkələrdə fəaliyyət göstərən “Boko Haram” terrorçu qruplaşması adını dəyişib. APA-nın “The İndependent” nəşrinə istinadən verdiyi məlumata görə, bundan sonra qruplaşma “İslam dövlətinin Qərbi Afrika əyaləti” adlanacaq.

“Boko Haram” terrorçuları qruplaşmasının adının dəyişdirilməsini Karamqa adasına hücumla qeyd ediblər. Həmin adada Niger ordusunun bazası yerləşir. Hücum zamanı Niger hərbçilərinin ciddi itkilər verdiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar