“Erməniləri təxribata ruslar çəkmişdi...” - Abdulla Gül

Türkiyənin sabiq prezidenti Abdulla Gül Qətərin “əş-Şərq” qəzetinə müsahibə verib. Musavat.com-un məlumatına görə, Gül ərəb jurnalistin uydurma soyqırımla bağlı sualını da cavablandırıb.

O zamankı osmanlı torpaqlarında müsəlmanlardan savayı əlbəttə ki, erməni vətəndaşlar da yaşayıb. Onları ruslar 1-ci Dünya müharibəsi zamanı təxribata çəkmişdilər” – deyib eks-prezident.

“Anadoludakı qiyama cavab olaraq da dövlət onları başqa yerlərə köçürüb. Ancaq İstanbulda ermənilərə heç nə olmayıb. Onlar hətta yüksək dövlət postlarında işləyiblər, kilsələr isə açıq olub. Təəssüf ki, köçürülmə zamanı yüz minlərlə osmanlı ermənisi böyük ağrı-acı yaşayıb. Kim olur-olsun, bu – ümumi ağrıdır. Türk-müsəlmanlar da ağrı-acı yaşayıb”, - deyə Abdulla Gül əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar