Həmsədrlər Məmmədyarovla ayrılıqda görüşəcəklər

“Biz Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ayrılıqda görüşün keçiriləcəyi vaxtı müəyyənləşdiririk”. Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin ofisindən APA-ya verilən açıqlamada deyilir.

Açıqlamada bu həftə Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşün keçiriləcəyi də təsdiqlənib: “Biz eyni zamanda hər iki naziri bir araya gətirmək və prezidentlərin növbəti görüşünün gündəliyinin müəyyənləşdirilməsi imkanlarını nəzərdən keçiririk”.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri E. Nalbandyan belçikalı həmkarı Didye Reynderslə keçirdiyi mətbuat konfransında aprelin 29-da ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcəyini bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar