Erməni kəşfiyyatçı necə ələ keçdiyini dedi - Video

Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Proses zamanı cinayət işinə əlavə olunan sənədlərə baxış keçirilib. ANS TV-nin məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə bu dəfə zərərçəkənlərin ifadələri dinlənildi. Arsen Baqdasaryan əsir düşərkən hərbi deyil, mülki geyimdə olduğunu və özünü çoban Vazgen Qriqoryan kimi təqdim etdiyini dedi.

Proses zamanı cinayət işinə əlavə olunan sənədlərlə də tanış olundu. Erməni kəşfiyyatçıda aşkar edilən 3 piyada əleyhinə minadan birinin tərkibindəki tratil çıxarılaraq, digər ikisinin isə partladılaraq zərərsizləşdirildiyi söylənildi.

İclasda piyada əleyhinə “fuqas” tipli minanın Ermənistanda istehsal edildiyi açıqlandı. Faktı sənədlərlə tanışlıq zamanı Arsen Baqdasaryan da təsdiq etdi və minanın Kirovakan, hazırkı Vanadzor şəhərində yerləşən zavodda hazırlandığını bildirdi.

Bu gün eyni zamanda məhkəmə prosesinin yekunlaşdığı elan olundu. Çıxış üçün söz dövlət ittihamçısına verilsə də, prokuror məhkəmədən vaxt istədi.

Arsen Baqdasaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsilə təqsirli bilinir və Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Növbəti məhkəmə prosesinin may ayının 4-də keçiriləcəyi elan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar