"Sanksiyalar Minsk sazişinin yerinə yetirilməsindən asılıdır" - Merkel

Almaniyanın kansleri Angela Merkel bəyaqn edib ki, Rusuyaya qarşı beynəlxalq sanksiyalar, Ukrayna münaqişəsi ilə bağlı bu il Minskdə əldə edilmiş sülh sazişinə əməl edilməsindən aslı olacaq.

Merkel aprelin 27-də Varşavada Polşanın baş naziri Ewa Kopaczla keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin martında Avropa Şurasında qəbul edilmiş qəti qərarda bildirilir ki, bu sanksiyalar Minsk razılaşmasının yerini yetirilməsindən aslı olacaq.

Həmçinin Ewa Kopacz bildirb ki, Merkellə o belə danışıblar ki, hələlik bu sanksiyalar qüvvədə qalmalıdır.

Liderlərin görüşündə Ukrayna münaqişəsi, habelə gələn ay Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələləri müzakirə olunmalıdır.

Bu proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova daxildir.

Məqsəd bu ölkələrin Avropa Birliyinə daha yaxından inteqrasiyasından gedir.

Avropa Birliyi artıq Ukrayna və Gürcüstanla Asosasiya sazişi imzalayıb. /"Azadlıq" radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar