Azərbaycan FHN-in təyyarəsi Nepala humanitar yardım aparacaq

Azərbaycan FHN-in humanitar yüklə dolu təyyarəsi şənbə günü Nepalda baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkmişlərə yardım üçün bu ölkəyə getməyə hazırlaşır.

Nepalda da akkreditə olan Azərbaycanın Hindistandakı səfirliyi təyyarənin uçuşu üçün icazəni rəsmiləşdiriləcək. Eyni təyyarənin Nepaldakı Azərbaycan vətəndaşlarının evakuasiyasını həyata keçirəcəyi nəzərdə tutulur, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.

Bir müddət əvvəl Azərbaycanın Hindistandakı səfirliyinin ilkin məlumatına görə Nepalda 6-sı uşaq olmaqla, 14 ölkə vətəndaşı olduğu bildirilib. Zəlzələ nəticəsində azyaşlı uşaq cüzi xəsarət alıb, hazırda onun vəziyyəti normal olaraq qiymətləndirilir.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar